Dəmir yolu xəttinə çıxan şəxsi qatar vurub öldürdü

demir-yolu-xettine-cixan-sexsi-qatar-vurub-oldurdu
Oxunma sayı: 3271

Bu gün Tovuz stansiyasında dəmir yolu xəttinə çıxan şəxsi qatar vuraraq öldürüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, hadisə saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağa, yolu keçərkən diqqəti yayındıran vərdişlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə və qəflətən qatarın yoluna çıxmamağa çağırır.