Paytaxtın Nəsimi rayonunda yerləşən dəmir yolu vağzalında ölüm hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 22-si saat 20 radələrində baş verib.
Bakı Dəmiryol Vağzalının girişində Bakı sakini 1978-ci il təvəllüdlü Aydın Məmmədov yıxılaraq ölüb.
Ölümün səbəbi hələlik tam dəqiqləşməyib.
Araşdırma aparılır.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, yanvarın 22-si saat 20:00 radələrində Mərkəzə M.Qaşqay küçəsindən təcili çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası dərhal cəlb olunub.
Briqada tərəfindən 1979-cu il təvvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.
Son xəbərlər
Son Xəbərlər