Dənizdə balıq tutarkən boğulub öldü - Foto - Yenilənib

denizde-baliq-tutarken-bogulub-oldu
Oxunma sayı: 2153

Neftçala sakini dənizdə boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mayak kəndi yaxınlığında baş verib.

Kənd sakini Habil Qabil oğlu Məmmədov dünən Xəzər dənizində balıq ovu etmək istəyərkən boğularaq ölüb.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Neftçalada dənizdə boğulan şəxslə bağlı bəzi detallar məlum olub.

Neftçala şəhər sakini 1962-ci il təvəllüdlü Habil Məmmədov balıq tutmaq üçün Xəzər dənizinə gedib. O, digər şəxslərdən aralanaraq sahilin daha təhlükəli hissəsini seçib.

Yaxınlarının bildirdiyinə görə, hava şəraitinin pisləşməsi zamanı dalğanın təsirindən onun geyimi su ilə dolub, balıq toru isə ayaq və boğaz nahiyələrinə dolaşıb. Nəticədə o boğularaq həyatını itirib.

Hadisə yerindən təxminən 800 metr aralıda olan qonşuları onun meyitini dənizdən çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov