Deputat öz yerini qızına verdi - Yenilənib

deputat-oz-yerini-qizina-verdi
Oxunma sayı: 5413

Milli Məclisin deputatı Günay Ağamalı vaxtilə ona məxsus olan “Buta” körpələr evi-uşaq bağçasının qanuni təmsilçisini dəyişib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, millət vəkili bu vəzifəni qızı Nigar Həsənovaya təhvil verib. Bu barədə məlumat Dövlət Vergi Xidmətinin portalında da yenilənib. 

Xatırladaq ki, ötən ilin noyabrında “TikTok”da deputatın qızı olduğu iddia edilən Nigar Həsənovanın boynundan xaç asaraq rəqs etdiyi görüntülər yayılmışdı. Daha sonra deputat məsələ ilə bağlı açıqlama yayaraq bildirmişdi ki, videodakı şəxsin qızına bənzərliyi olsa da, onun övladı deyil.

Qeyd edək ki, bir neçə il əvvəl G.Ağamalıya məxsus olan “Buta” körpələr evində uşağın döyülməsi ilə bağlı məlumatlar yayılmışdı. Rəsmi araşdırmalardan sonra azyaşlının döyülməsi haqda iddialar öz təsdiqini tapmamışdı. 

***

İqtisadiyyat.az-ın məlumatına əsasən, deputata məxsus “Buta” körpələr evi fəaliyyətini bir müddətdir dayandırıb.

Dövlət Vergi Xidmətinin portalında da sözügedən körpələr evinin passiv vergi ödəyicisi olduğu öz əksini tapıb.

Nuranə Daxilqızı