Yol polisi skuter sürən uşağı xilas etdi - Anbaan video

yol-polisi-skuter-suren-usagi-xilas-etdi
Oxunma sayı: 733

Paytaxtın intensiv hərəkətli yollarından birində skuter sürücüsü qəza riski yaradan təhlükəli manevr edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Vəziyyəti vaxtında görən yol polisi əməkdaşı dərhal müdaxilə edərək onun hərəkət hissəsinə çıxmasının qarşısını alıb. Saniyələr içində faciəyə çevrilə biləcək hadisə yol polisinin çevik reaksiyası sayəsində baş verməyib.

Həmin anın videosu anbaan təhlükəsizlik kamerasına düşüb.