Dərədə köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi - Video

derede-komeksiz-veziyyetde-qalan-sexs-bele-xilas-edildi
Oxunma sayı: 2278

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Yanıqlı kəndi  ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1989-cu il təvəllüdlü Rüstəmov Ceyhun Tofiq oğlu dərinliyi 100 metr olan dərədə köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.