Dərədən meyiti tapılan kişinin kimliyi məlum oldu - Yenilənib

dereden-meyiti-tapilan-kisinin-kimliyi-melum-oldu
Oxunma sayı: 5768

Lerikdə kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, meyit bu gün səhər saatlarında dərədə aşkar edilib.

Meyitin üzərinə baxış keçirilən zaman üzərində hər hansı bir zorakılıq əlaməti aşkar olunmayıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

***

Lerikdə meyiti tapılan kişinin şəxsiyyəti məlum olub.

Belə ki, meyit Lerik rayon sakini 1964- cü il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Orucova aiddir.

Ehtimala görə, F. Orucov dünən axşam Piran kəndindən evə qayıdarkən maşını yarı yolda saxlayıb və etdiyi bazarlıqla piyada getməli olub. Evinə 700-800 metr qalmış naməlum səbəblərdən (ayağı sürüşmə ehtimalı var) təqribən 4-5 metr hündürlükdən aşağı yuvarlanıb.

Qeyd edək ki, meyit aşkar olunan Veri-Əliabad kəndi istiqamətində təxminən 40-50 sm qar var. Gecələr havanın temperaturu aşağı olduğundan yollar buz bağlayır.

Surxay Şahbazov