Dəriyə qulluq edən vitaminlər

deriye-qulluq-eden-vitaminler
Oxunma sayı: 3819

Dərinizin daim canlı, cavan qalması üçün ona qulluq etmək mütləqdir. Qulluğun əsasını da elə qəbul etdiyiniz vitaminlər təşkil edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən dəriyə dəstək olan vitaminləri təqdim edir:

B vitamini

Kosmetik məhsullarda az miqdarda istifadə edilən B vitamini dərinin nəm nisbətini tarazlaşdırır. Bundan əlavə dərinin su itkisinin qarşısını alır və güclü antioksidant olma xüsusiyyətinə malikdir.

Vitamin E

Xüsusilə, dərinin qocalması və genetik faktorlar üçün lazımdır. Bu təsirin daha tez görünməsi üçün tərkibində E vitamini olan qidaların istehlakı ilə yanaşı, retinoik turşusu olan kosmetik məhsullar da müntəzəm olaraq istifadə edilməlidir. Lakin bu məhsullardan istifadə edərkən dəridə qıcıqlandırıcı təsirə diqqət yetirilməlidir.

C vitamini

Güclü antioksidant tərkibə malikdir. Dərini ultrabənövşəyi şüalardan qoruyan və hüceyrələrin kollagen balansını tənzimləyən C vitamininin xüsusilə, qida ilə birlikdə istehlakına diqqət yetirilməsi dəri sağlamlığı üçün çox vacibdir.