“Türkiyənin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün nümayiş etdirdiyi vasitəçiliyi təqdir edirik”.
“Qafqazinfo” xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.
O, mayın 15-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarını belə dəyərləndirib:
“Biz Türkiyənin bu münaqişənin sona çatmasında oynadığı rolu hər zaman yüksək qiymətləndiririk. Mövqeyimiz dəyişməz olaraq qalır, münaqişənin BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüquqa uyğun olaraq sona çatmasını istəyirik və bu məqsədlə bağlı bütün səyləri dəstəkləməyə davam edirik”.