Bu il “Green Card” udan azərbaycanlıların - Sayı

bu-il-green-card-udan-azerbaycanlilarin
Oxunma sayı: 8248

Bu il Azərbaycandan 1730 nəfər ABŞ-də yaşamaq icazəsi verən “Green Card” lotereyasının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, nəticələr lotereyanın rəsmi saytında dərc edilib.

Özbəkistan 5564 nəfər qaliblə 2025-ci il “Green Card” lotereyasını qazananların sayına görə lider ölkə olub. İkinci yerdə isə 5526 nəfərlə Əlcəzair qərarlaşıb.

Rusiya 5519, İran 5267, Qırğızıstan 3095, Tacikistan 2 982, Ermənistan 2 971, Qazaxıstan 2 004, Gürcüstan isə 1342 qaliblə builki lotereyanı başa vurub.