Donbas bölgəsindən 53 mindən çox sakin təxliyə edilib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyayan məlumat verib.
Onun sözlərinə görə, bu gün axşam saatlarına qədər Donbasın ümumilikdə 53 mindən çox sakini Rusiya ərazisinə təxliyə edilib.
Onun sözlərinə görə, sakinlərin təxliyəsi üçün 142 avtobus təşkil edilib. Onlar Rostov vilayətindəki müvəqqəti yaşayış məntəqəsinə aparılıb.
Son xəbərlər
Son Xəbərlər