“Döyüşmədən meydandan çıxa bilməzdik” - Video

doyusmeden-meydandan-cixa-bilmezdik
Oxunma sayı: 340

“İlk növbədə bütün azarkeşlərimizə, Azərbaycan xalqına, komanda yoldaşlarıma, məşqçilər heyətinə təşəkkürümü bildirirəm. buraya qədər çox yaxşı yol gəldik”.

“Qafqazinfo” xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” – “Qarabağ” (3:2) matçından sonra Ağdam təmsilçisinin futbolçusu Elvin Cəfərquliyev deyib.

“Bizim üçün çox ağır oldu. Amma düşünürəm ki, yaxşı oyunlarımız oldu, layiqincə mübarizə apardıq.

Birinci oyundan başlasaq, səhvlərimiz həddindən artıq çox idi. Bu gün geridönüş etmək inandırıcı görünmürdü. Amma biz yığışdıq və dedik ki, nə olur-olsun, döyüşmədən meydandan çıxa bilmərik. Çalışdıq ki, döyüşək, əlimizdən gələni edək. Biz döyüşmədən meydandan çıxa bilməzdik. Düzdür, qollar buraxdıq, amma çox yaxşı mübarizə apardıq”, - o qeyd edib.