Dubay-Moskva reysində qorxulu anlar - Həyəcan siqnalı verildi+Video

dubay-moskva-reysinde-qorxulu-anlar
Oxunma sayı: 4207

Rusiyanın “Utair” aviaşirkətinə məxsus Dubay-Moskva marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi Vnukovo hava limanına uğurla eniş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aviaşirkətin rəsmi teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 18:37-də hava limanına enib. Məlumata görə, uçuş zamanı hər hansı ciddi problem yaşanmayıb, sərnişinlərin və heyət üzvlərinin vəziyyəti yaxşıdır.

Xatırladaq ki, sözügedən təyyarə Əl-Maktum hava limanından havaya qalxdıqdan qısa müddət sonra BƏƏ səmasında fəlakət siqnalı vermişdi.