Dünənki yanğın qəsdən törədilibmiş - Hadisədən əvvəlki görüntülər

dunenki-yangin-qesden-toredilibmis
Oxunma sayı: 2115

Ötən gecə Xətai rayonu Məhəmməd Hadi küçəsində - “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı yaşayış binalarının birində baş verən yanğının qəsdən törədilməsi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub. Onun xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Qeyd edək ki, yanğından əvvəl həmin mənzildə orta yaşlı kişinin əlində balta ilə mətbəxdə dağıntılar törətməsi, əsəbi şəkildə hərəkətlər etməsi qonşular tərəfindən lentə alınıb.

Həmin görüntülər sosial şəbəkədə yayılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.