Dünya ölkələri sellə mübarizə aparır - Video

dunya-olkeleri-selle-mubarize-aparir
Oxunma sayı: 1329

Son günlərdə bir çox ölkələr aramsız yağışların yaratdığı fəsadlarla mübarizə aparır.

“Qafqazinfo” xəbər verir ki, güclü yağışlar Türkiyədə, Gürcüstanda, Ermənistanda, Avropa və Yaxın Şərq ölkələrində ciddi problemlər yaradıb.

Gürcüstan və Ermənistanda çaylar məcralarından çıxaraq şəhər və kəndləri basıb. Bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib. İnsan tələfatına dair informasiyalar da gəlməkdədir.

Sinoptiklərin verdiyi məlumata görə, martın 29-dan etibarən Qafqaz regionunda hava şəraiti sabitləşəcək.