DYP müraciət yaydı

dyp-muraciet-yaydi
Oxunma sayı: 5323

Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi avtomobil sürücülərinə müraciət ünvanlayıb. 

“Təəssüflə qeyd  edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır. Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır”, - deyə müraciətdə qeyd edilib.

DYP baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə onlardan diqqətli olmağı, yol hərəkəti qaydalarına birmənalı olaraq riayət etmələrini xahiş edir.