Ebola əleyhinə ilk vaksinasiya kampaniyasına başladılar

ebola-eleyhine-ilk-vaksinasiya-kampaniyasina-basladilar
Oxunma sayı: 242

Konqo Demokratik Respublikasının (KDR) şərqində cari Ebola epidemiyası zamanı ilk vaksinasiya kampaniyasına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel-Rocer Kamba məlumat verib.

“Biz vaksinasiyaya ilk növbədə Ebola ilə mübarizənin ön xəttində olanları qorumaq məqsədilə başlamaq qərarına gəldik. Buraya həm səhiyyə işçiləri, həm də yoluxmuş xəstələrlə təmasda olan şəxslər daxildir”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Konqo Demokratik Respublikası Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) 50 000 doza "Ervebo" peyvəndi alıb və onun tətbiqinə artıq başlanılıb. Bundan əlavə, ÜST-dən alınan daha 20 000 doza ölkə daxilində klinik sınaqlar üçün ayrılacaq.