Edis sərbəst buraxıldı - Yenilənib

edis-serbest-buraxildi
Oxunma sayı: 1679

İstanbul prokurorluğunda tanınmış şəxslərlə bağlı aparılan cinayət işi çərçivəsində daha bir sənətçi saxlanılıb.

“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, müğənni Edis Görgülü xarici ölkədən Türkiyəyə qayıdarkən İstanbul hava limanında saxlanılıb.

O, narkotiklərin emalı və ticarəti, narkotik daşınması, əməliyyat tədbirlərinə çətinlik yaratma, fahişəliyə sövqetmə kimi əməllərdə şübhəli bilinir.

Edis dərhal aidiyyəti şöbəyə təhvil verilib və ekspertizadan keçməsi üçün nümunələr götürülüb.

Qeyd edək ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində aralarında Hadise, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu, Kaan Tangözenin də olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.

***

Xaricdən qayıdarkən İstanbul Hava Limanında saxlanılan məşhur türkiyəli müğənni Edis məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində barəsində saxlanma qərarı verilən sənətçi hava limanında polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb. Dindirildikdən sonra ondan qan və saç nümunələri götürülməsi üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.

Prosedurlar tamamlandıqdan və ifadəsi alındıqdan sonra Edis məhkəmə nəzarəti qətimkan tədbiri ilə azadlığa buraxılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Müğənni daha əvvəl məsələ ilə bağlı açıqlamasında qeyd etmişdi ki, bütün rəsmi proseslərdə əməkdaşlığa hazırdır:

“Qeyd olunan məsələlərlə heç bir əlaqəm yoxdur. Vicdanım təmizdir və siz də təmiz olmalısınız”.