Əfv edilənlərdən 9-u qadındır

efv-edilenlerden-9-u-qadindir
Oxunma sayı: 2185

Bu gün Prezidentin imzaladığı Əfv Sərəncamının şamil edildiyi 220 nəfərdən 9-u qadındır.

“Qafqazinfo” xəbər verir ki, onlardan 4 nəfər həbsxanadan azadlığa buraxılacaq.

1 nəfər islah işləri cəzasına məhkum edilərək cəzanın çəkilməmiş hissəsindən azad edilib, 2 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və cəzalarının çəkilməsi təxirə salınaraq cəzadan azad edilib, 2 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Qeyd edək ki, Azərbaycanda həbsdə saxlanılan şəxslərdən 2,9 faizi qadındır.