“Əks halda klassik tədbirlərə ehtiyac yaranacaq”

eks-halda-klassik-tedbirlere-ehtiyac-yaranacaq
Oxunma sayı: 1302

“Ümumiyyətlə, müzakirələr göstərir ki, auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac var”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Tahir Mirkişili parlamentin plenar iclasında deyib. 

“Nəzarət tədbirlərinin orta davam etmə müddətinin qısaldılması, dövlət orqanlarında elektron uçot sisteminin tətbiqinin genişləndirilməsi, dövlət maliyyə məlumatlarının vahid elektron bazasının yaradılması, elektron büdcə sisteminə keçid, süni intellektə əsaslanan risklərin müəyyən edilməsi bu hədəfə çatmağa imkan verə bilər. Əks halda Palatanın ştat vahidlərinin sayının artırılması kimi klassik tədbirlərə ehtiyac yaranacaq. 

Hesabatda 2023-ci ildə aparılan 31 uyğunluq auditindən 27-də büdcə qanunvericiliyinin pozulması, yenə 27-də dövlət satınalmaları qaydalarının pozulması, hallarına rast gəlinməsi göstərilib. Ümumilikdə pozuntu hallarının say olaraq çox olması bu sahədə ixtisaslı kadrların daha çox hazırlanmasını və elektronlaşmanın tətbiqinin sürətlənməsini günümüzün vacib tələbinə çevirib” , - deyə deputat vurğulayıb.

Zaur Mirzə