Elçin Hüseynovun “Dəlixanadan məktub”u - Video

elcin-huseynovun-delixanadan-mektubu
Oxunma sayı: 887

Azərbaycan musiqi səhnəsinin tanınmış və sevilən simalarından biri Elçin Hüseynov yaradıcılığında növbəti iddialı layihəsini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, müğənni media mənsublarını bir araya gətirərək “Dəlixanadan məktub” mahnısına çəkdirdiyi yeni klipinin təqdimat mərasimini keçirib.

Sənətçi bu addımı ilə həm də uzun müddətdir sənət aləmində unudulmaqda olan təntənəli klip təqdimatları ənənəsini yenidən canlandırıb.

“Dəlixanadan məktub” mahnısının sözləri Qismət Məsimə, musiqisi Mir Şahin Ağalarova, aranjimanı isə (Mix & Master) Teymur Şahmarova məxsusdur. Layihənin gitaraları və alt yapım işləri Türkiyədə həyata keçirilib. Mahnıda klarnet partiyalarını Orxan Musayev ifa edib. Musiqi rəhbəri “NiEl” Orkestri, piar meneceri isə Zəminə Rüstəmovadır.

Xəyal Hüseynin rejissor yozumunda ərsəyə gələn klipin operatoru Çingiz Əliyevdir. Layihənin D.O.P-u Çingiz Qulaməliyev, rejissor assistentləri isə Orxan Məmiyev və Amiliondur. Klipin menecerliyini Sako öz üzərinə götürüb, montaj və rəng korreksiyası (Edit & Color) Çingiz Qulaməliyevə, post-prodakşn işləri isə “By Xeyal Huseyn”ə məxsusdur.

Qeyd edək ki, Elçin Hüseynov artıq 30 ilə yaxındır ki, sənət yolundadır. Bu illər ərzində o, 100-dən artıq sevilən mahnıya, onlarla klipə, alboma, həm ölkəmizdə, həm də xaricdə reallaşan möhtəşəm konsert proqramlarına imza atıb. O, 25 ildən artıqdır ki, rəhbərlik etdiyi “NiEl” Orkestri ilə birlikdə tamaşaçılara yüksək səviyyəli musiqi layihələri təqdim edir.

Müğənninin sənətdəki uğurları təsadüfi deyil. Onun peşəkar yaradıcılıq yolunun təməlində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aldığı təhsil, klassik muğam məktəbinə bağlılığı, Əməkdar artist, mərhum Sabir Mirzəyevin tələbəsi olması və vokal sahəsində Teymur Əmrah məktəbindən keçməsi dayanır.

Klip təqdimatından özəl video və fotoları təqdim edirik: