Əli Əsədov Gürcüstan Prezidenti ilə görüşdü

eli-esedov-gurcustan-prezidenti-ile-gorusdu
Oxunma sayı: 1624

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 15-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.