“Əli Kərimli Prezident və xalqdan üzr istəməlidir”

eli-kerimli-prezident-ve-xalqdan-uzr-istemelidir
Oxunma sayı: 4065

“Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması Prezident İlham Əliyevin diplomatik məharətinin ən böyük uğuru və zirvəsidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı parlamentin plenar iclasında deyib. 

O bildirib ki, bu, həm də 44 günlük Vətən müharibəsində şəhid vermədən Kəlbəcər, Laçın və Ağdamın işğaldan azad edilməsində özünü ifadə edən diplomatik nailiyyətin məntiqi davamıdır: “Əvvəldən də dövlət başçısının siyasətini dərk edən və onunla bərabər olan hər bir şəxs, Azərbaycan xalqının mütləq əksəriyyəti Vətən müharibəsindən sonra sülhməramlıların orada olmasına müvəqqəti hal kimi yanaşırdı". 

“Əli Kərimli və onun ətrafında olanlardan fərqli olaraq düşünürdük ki, İlham Əliyev ölkədə erməni separtizminə son qoymağı başlıca hədəf götürüb. Prezident də bu yolda ən müxtəlif üsullardan istifadə edərək hədəfə nail oldu. Bu gün Əli Kərimli və onun ətrafında olanlar əgər özlərində zərrə qədər ləyaqət hissi daşıyırlarsa, Prezidentin önündə baş əyərək ondan və Azərbaycan xalqından etdikləri yalanlara görə üzr istəməlidir” - deyə, millət vəkili əlavə edib. 

Zaur Mirzə