Əlisəmid Kür vəfat etdi

elisemid-kur-vefat-etdi
Oxunma sayı: 2529

Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər.

Ailəsinin bildirdiyinə görə, o bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu Xəstəxanası) 71 yaşında vəfat edib.

Əlisəmid Kür bu gün Salyan rayonunda dəfn ediləcək.

Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.