Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub.
“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Elşad Mircavad oğlu Miraləm təyin edilib.
İxtisasca jurnalist olan Elşad Miraləm 2005–2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.
Məlumat üçün bildirək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi.
Son xəbərlər
Son Xəbərlər