Eminlə Alyona 2-ci dəfə evləndi

eminle-alyona-2-ci-defe-evlendi
Oxunma sayı: 12092

Xalq artisti, biznesmen Emin Ağalarov və model Alyona Qavrilova ikinci dəfə ailə qurublar.

“Qafqazinfo” “StarHit”ə istinadən xəbər verir ki, cütlük Moskvadakı səadət saraylarının birində yenidən nikaha daxil olublar.

Nəşrin məlumatına görə, mərasim mayın 26-da baş tutub. Daha sonra məhdud sayda qonağın iştirakı ilə ziyafət təşkil olunub. Bununla bağlı sosial şəbəkələrdə heç bir kadr yoxdur. Deyilənə görə, qonaqlardan tədbirdən paylaşım etməmələri xahiş olunub.

Xatırladaq ki, Emin Ağalarov və Alyona Qavrilova 2018-ci ildə ailə həyatı qurub, 2019-cu ildə onların Afina adlı qızları dünyaya gəlib. 2020-ci ildə cütlük ayrılmaq qərarına gəlib. 2021-ci ildə onlar yenidən birlikdə görünməyə başlayıblar, 2022-ci ildə isə müğənni müsahibəsində bildirib ki, Alyona ilə barışıblar.

A. Qavrilova buna qədər biznesmen Rustam Tariko ilə 12 il münasibətdə olub. Cütlüyün 2007-ci ildə Ruslan adlı oğlu doğulub. E. Ağalarovun isə birinci nikahdan üç övladı var.