Cəlilabadda əmisi tərəfindən baltalanan 14 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, fevralın 1-i saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, Cəlilabadda 14 və 15 yaşlı qardaş-bacıya əmiləri tərəfindən balta xəsarəti yetirilib. Onlar Cəlilabad RMX-yə çatdırılsalar da, 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər