ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp onun məşhur maliyyəçi Cefri Epşteynlə əlaqəsi olması ilə bağlı mətbuatda yayılan xəbərlərə qarşı çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
ABŞ liderinin həyat yoldaşının sözlərinə görə, mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil:
“O, məni Donald Trampla tanış etməyib. Biz təsadüfən tanış olduq”.
Birinci xanım qeyd edib ki, o və əri bəzən Epşteynlə eyni tədbirlərə dəvət alırdılar, lakin onunla heç bir əlaqəsi yoxdur.
“Mən bu tədbirlərdə iştirak etməmişəm, onun təyyarəsində uçmamışam və adasına baş çəkməmişəm”, - deyə Melaniya əlavə edib.
Son xəbərlər
Son Xəbərlər