“Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında fevralın 17-18-də Cenevrədə keçiriləcək üçtərəfli danışıqların üçüncü raundunda ərazi məsələləri əsas müzakirə mövzusu olacaq”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin sözçüsü bildirib ki, tərəflər bu dəfə həm ərazilərə, həm də Rusiyanın digər əsas tələblərinə aid olan geniş mövzuları müzakirə etmək niyyətindədirlər.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Cenevrə görüşündə ərazi məsələsinin diqqət mərkəzində olacağını təsdiqləyib.
Son xəbərlər
Son Xəbərlər