Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran rəsmi sosial şəbəkə hesabında səfərlə bağlı ətraflı məlumat paylaşıb.
“Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda təşkil olunacaq BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə 20-23 sentyabr 2026-cı il tarixlərində ABŞ-yə səfər edəcəkdir. Cənab Prezidentimiz “Etimadı yenidən bərpa etmək, transformasiyanı idarə etmək: Hər kəs üçün nəticə verən Birləşmiş Millətlər Təşkilatı” mövzusunda keçiriləcək 81-ci Baş Assambleyanın ilk günü – 22 sentyabr tarixində çıxış edəcək.
Prezident səfər çərçivəsində BMT Baş katibi ilə yanaşı, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək. Cənab Prezidentin həmçinin ABŞ-də məskunlaşan vətəndaşların nümayəndələri, Türk-Amerikan iş dünyasının təmsilçiləri və beyin mərkəzlərinin rəhbərlərinin qatılacağı müxtəlif tədbirlərdə iştirakı da nəzərdə tutulur”, – deyə B. Duran bildirib.
Son xəbərlər
Son Xəbərlər