Ərdoğan İrana səfər edəcək

erdogan-irana-sefer-edecek
Oxunma sayı: 1612

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər edəcəyi gözlənilir.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə məlumatı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında verib.

Abdullahianın sözlərinə görə, İran və Türkiyə arasında əməkdaşlıq üçün uzunmüddətli yol xəritəsi yaradılacaq.

“Ümid edirik ki, uzunmüddətli əməkdaşlıq barədə sənəd cənab Ərdoğanın gələcəkdə Tehrana edəcəyi səfər zamanı iki ölkə Prezidentlərinin iştirakı ilə imzalanacaq”, - deyə İranın XİN rəhbəri əlavə edib.