Ərdoğan Rizəyə gedib qonşuları ilə görüşdü - Fotolar

erdogan-rizeye-gedib-qonsulari-ile-gorusdu
Oxunma sayı: 3095

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizəyə səfəri çərçivəsində qonşuları ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, həftəsonunu kütləvi açılış mərasimləri və müxtəlif tədbirlərə qatılmaq üçün Rizədə keçirən dövlət başçısı Güneysudakı yaxın qonşularını ziyarət edib.

O, sakinlərlə səmimi söhbət edib və xatirə şəkilləri çəkdirib.

Ziyarətin ardından Türkiyə lideri növbəti tədbirlərdə iştirak etmək üçün Samsuna yola düşüb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın ailəsi əslən Rizəlidir.