Ərdoğan Səudiyyə Ərəbistanına getdi - Fotolar

erdogan-seudiyye-erebistanina-getdi
Oxunma sayı: 2253

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özəl “TUR” təyyarəsi ilə saat 20:50-də Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Prezident Ərdoğanı Ciddə hava limanında Səudiyyə Ərəbistanı kralı Əbdüləziz bin Salman, Məkkə əmiri Şahzadə Xalid əl-Feysəl, Türkiyənin Ər-Riyaddakı səfiri Fatih Ulusoy, İslam Əməkdaşlıq Təşkilatının daimi nümayəndəsi səfir Mehmet Metin Eker və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident Ərdoğanı xanımı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, xəzinə və maliyyə naziri Nurəddin Nebati, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, milli müdafiə naziri Hulusi Akar, səhiyyə naziri Fahrettin Koca, ticarət naziri Mehmet Muş, AK Partiya sədr müavini Binəli Yıldırım, MİT rəhbəri Hakan Fidan, Prezidentin kommunikasiya direktoru Fahrettin Altun, Prezidentin mətbuat katibi İbrahim Kalın, Prezident Administrasiyasının rəhbəri Metin Kıratlı və Prezidentin özəl katibi Həsən Doğan müşayiət edib.

Türkiyə  və Səudiyyə Ərəbistanı himnləri səsləndirildikdən sonra Ərdoğan və Kral Əbdüləziz salona keçərək nümayəndə heyətləri ilə söhbət edib.

Mətbuata qapalı keçirilən təkbətək görüşdən sonra Ərdoğan və Əbdüləziz axşam yeməyində bir araya gəlib.