Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Fatma Betül Sayan Kaya istefa verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Kaya müxalifətin onun və həyat yoldaşının iştirakı ilə həyata keçirilən birja əməliyyatı ilə bağlı ittihamları fonunda postunu tərk edib.
Əvvəllər ailə və sosial siyasət naziri vəzifəsini tutan Kaya daha sonradan “X” hesabında məsələ ilə bağlı paylaşım edib.
Onun sözlərinə görə, ölkə Prezidenti və partiyanın sədri Rəcəb Tayyib Ərdoğandan xahiş edib ki, onun partiyadakı səlahiyyətlərinə son versin.
Türkiyəli rəsmi bildirib ki, o, haqqındakı ittihamların onun partiyadakı fəaliyyətindən müstəqil olaraq araşdırılması və postunun siyasi mübahisənin bir hissəsinə çevrilməməsi məqsədilə bu qərarı verib.
Son xəbərlər
Son Xəbərlər