“Qafqazinfo”nun məlumatına görə,. “Cəhənnəmdə böyük çığırtı” adlı kitaba toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəhs edir.
Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin, dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir.
Onu da qeyd edək ki, kitabdakı bir çox faktlar, girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir ki, çatdırılır.
Qeyd edək ki, kitabın müəllifi Vüsalə Məmmədova, ideya müəllifi və redaktoru Qabil Abbasoğludur.
“Cəhənnəmdə böyük çığırtı” kitabı APA Holdinqin dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evində çap olunub.
Son xəbərlər
Son Xəbərlər