Ermənilər Tərtərdə daha bir məktəbi atəşə tutdu - Fotolar

ermeniler-terterde-daha-bir-mektebi-atese-tutdu
Oxunma sayı: 3172

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Tərtərin yaşayış məntəqələrini atəşə tutmağa davam edir.

“Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, düşmənin hədəf aldığı məntəqələrdən biri  şəhərin 1 saylı tam orta məktəbi olub.

Ermənilərin gecə saatlarında atdığı mərmi təhsil ocağında dağıntılara səbəb olub.

Emin Səfərov

Fotolar: Tural Hüseynli