Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə və təşkilatın rəhbər vəzifələrinə nümayəndə təyin etmək hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Aleksandr Yunaşevə müsahibəsində bildirib.
Peskovun sözlərinə görə, qərar Ermənistanın bir neçə ildir təşkilat qarşısındakı öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədardır:
“Ermənistanın səsvermə, eləcə də KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif olundu və qərara alındı”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin KTMT-yə marağının qalmadığını açıqlayıb. Bununla belə, Ermənistan parlamentində ölkənin təşkilatdan çıxması məsələsinin müzakirə olunduğuna dair məlumatlar təkzib edilib.
Son xəbərlər
Son Xəbərlər