“Ermənistan rusiyalı sərhədçilərlə bağlı rəsmi məktub göndərib”

ermenistan-rusiyali-serhedcilerle-bagli-resmi-mektub-gonderib
Oxunma sayı: 2708

“Ermənistan İrəvanın “Zvarnots” aeroportunda rusiyalı sərhədçilərin fəaliyyəti ilə bağlı Rusiyaya rəsmi məktub göndərib”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

“Rəhbərliyin mövqeyi ondan ibarətdir ki, hava limanında xidməti Ermənistanın sərhəd qüvvələri həyata keçirməlidir. Ermənistanın bunun üçün bütün imkanları var”, - deyə Qriqoryan qeyd edib.

Xatırladaq ki, bu gün Kremlin rəsmi sözçüsü Dmitri Peskov öz açıqlamasında sözügedən hava limanından Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı Ermənistan tərəfindən qərar verilmədiyini bildirmişdi