“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin hazırladığı “Göyçə gülü” sənədli filmi Ermənistanda rezonans doğurub.
“Qafqazinfo” xəbər verir ki, AzTV-də yayımlanan və Qərbi Azərbaycandan (Hazırkı Ermənistan ərazisi red.) bəhs edən film rəsmi İrəvanda müəyyən dairələrdə çaxnaşma yaradıb.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan özünün tviter hesabında “Azərbaycan dövlət televiziyası indicə 35 dəqiqəlik film nümayiş etdirib. Bir sözlə, Ermənistan Respublikasının bütün suveren ərazisini Azərbaycanın ərazisi kimi təqdim edir. Gördüyünüz kimi, Ermənistan xəritədən yoxa çıxır”, - deyə o, qeyd edib.
Həmin filmi təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər