“Ermənistana silah yardımı Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır”

ermenistana-silah-yardimi-azerbaycanin-tehlukesizliyine-tehdid-yaradir
Oxunma sayı: 1816

Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhəddinin Tovuz istiqamətində hərbi təcavüzünün intensivləşməsi fonunda Ermənistana hərbi təchizat tədarükü ilə bağlı yayılan məlumatlar Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyanın "Tass" agentliyinə müsahibəsində münasibət bildirib.

"Bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığı zamanı strateji tərəfdaşlıq, etibarlı dialoq və qarşılıqlı hörmət ruhunda qaldırılıb. Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası və hücum təxribatlarının artan intensivliyi fonunda silah tədarükünün həyata keçirilməsi gərginlik riskini artırır, münaqişənin dinc yolla nizamlanması prosesinə xələl gətirir və ümumiyyətlə Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır",-deyə Ceyhun Bayramov qeyd edib.