Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan istefa verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
O, işindən ayrılmaq istəyi haqda sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, Kerobyan 2020-ci ilin noyabrından iqtisadiyyat naziri idi.