“Ermənistanın yeni Konstitusiyasının mətni bu tarixə qədər hazır olmalıdır”

ermenistanin-yeni-konstitusiyasinin-metni-bu-tarixe-qeder-hazir-olmalidir
Oxunma sayı: 2718

“Ermənistanın yeni Konstitusiya layihəsinin mətni 2026-cı ildə baş tutacaq parlament seçkilərinə qədər hazır olmalıdır”.

“Qafqazinfo” Ermənistanın “Arka” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Srbui Qalyan deyib. 

 “Mən dəfələrlə vurğulamışam ki, Konstitusiya layihəsinin mətninin 2026-cı ildəki seçkilərə qədər hazır olması üçün hər şey edilməlidir. Bundan sonra isə, sözsüz ki, referendumun keçirilməsi ilə bağlı qərar veriləcək”, - deyə Qalyan brifinqdə deyib.