Maşından 9900 manat oğurlandı

masindan-9900-manat-ogurlandi
Oxunma sayı: 1623

Paytaxtın Xətai rayonunda avtomobildən 9900 manat oğurlanıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai RPİ 37-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı X.Mustafayev saxlanılıb.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə işlədiyi mağazadan 980 manat oğurlamaqda şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.