Xankəndidə daha bir məktəb açılacaq

xankendide-daha-bir-mekteb-acilacaq
Oxunma sayı: 1491

“Biz Xankəndidə artıq ikinci məktəbin açılışını planlayırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 20 təhsil müəssisəsi fəaliyyət göstərir: “2300 şagird, 200-ə yaxın azyaşlı uşaq bağçaya gedir. Məktəblərin tikinti prosesi də davam edir. Xankəndidə açdığımız 4 nömrəli məktəb isə dolub. 2026-cı ildə yeni təhsil müəssisələrinin açılışını planlaşdırırıq”.

Fidan Etibar