Azərbaycanın hər tərəfində fəaliyyət göstərən endirim mağazalar şəbəkəsi olan “AL Market”lər xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq alış-veriş konseptini mağazalarına tətbiq etmək məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə başlayıb.
Şirkət bu çərçivədə, yeni tələblərə cavab verməyən bəzi filialların fəaliyyətini dayandırıb, eyni zamanda daha funksional və rahat alış-veriş imkanları təqdim edən yeni filialların açılışına başlayıb.
Bu çərçivədə Xankəndi şəhərində yeni konseptə uyğun “AL Market” artıq istifadəyə verilib.
Edilən dəyişikliklər müştəri məmnuniyyəti üçün xidmət keyfiyyətinin artırılması, məhsul çeşidliliyini optimallaşdırmaq, rahat və sadə mağaza dizaynı ilə alış-veriş prosesini asanlaşdırmaq məqsədi daşıyır.