Ağdamda fəhlənin sinəsinə armatur batıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə işğaldan azad olunmuş Ağdam şəhərində baş verib.
Sənan Mustafayev işləyərkən yıxılıb və bu zaman onun döş qəfəsinə armatur batıb. Xəsarət almış şəxs Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Yaralının xilas edilməsi məqsədilə mərkəzə FHN-in xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.
Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
***
Tibbi yardımlara baxmayaraq, S.Mustafayev vəfat edib.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza verilən məlumata görə, bu gün saat 11:00 radələrində 1992-ci il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasında hospitalizasiya olunub:
“Ona metal yad cisminin təsirindən müxtəlif travmalar səbəbi ilə posttravmatik və posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:20 radələrində onun ölüm faktı qeydə alınıb”.
Ziya Əmirxanlı