Motosikletçi ağır qəzada öldü

motosikletci-agir-qezada-oldu
Oxunma sayı: 1438

Bu gün saat 10 radələrində Oğuz rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1999-cu il təvəllüdlü Elsevər Məmmədlinin idarə etdiyi “Ford” və 1961-ci il təvəllüdlü Vidadi Qarayevin sürdüyü motosiklet toqquşub. Nəticədə V.Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.