Ermənistanın yeni prezidenti martda seçiləcək

ermenistanin-yeni-prezidenti-martda-secilecek
Oxunma sayı: 766

Ermənistan parlamentində ölkəyə yeni prezidentin seçilməsi prosesi mart ayında keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında çıxışı zamanı açıqlayıb.

Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-ü istefa verdiyini açıqlayıb. Ölkədə prezident səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir.