Əsir düşən erməni silahlılarından biri din xadimi imiş - Video

esir-dusen-ermeni-silahlilarindan-biri-din-xadimi-imis
Oxunma sayı: 9966

Hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub. 

"Qafqazinfo" xəbər verir ki, Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Sahakyan Araratoviç din xadimi olması ilə bağlı etirazlarına baxmayaraq silahlandırılaraq Azərbaycanın işğal altındakı ərazilərinə gətirilib Qubadlı rayonunda döyüşlərə cəlb edildiyini bildirir. 

Hovsep Sahakyan Youtube və digər sosial şəbəkələrdə yayılmış dini moizələri və rəhbərlik etdiyi dini ayinlərlə bağlı videomateriallarla tanınır.

Bildirək ki, adventist kilsəsi müharibəyə qarşı çıxan, sülhü təlqin edən bir kilsədir. Belə bir kilsənin pastorunun zorla döyüşlərə cəlb edilməsi Ermənistan ordusunda olan acınacaqlı vəziyyətin növbəti təzahürüdür. Qeyd edək ki, bundan əvvəl azyaşlı uşaqlar, qadınlar və yaşlılar da Ermənistan ordusunda döyüşlərə cəlb edilib.