“Evdə oturmaq istəməyənlərə həkimlərin o formasını, maskasını geyindirsən…”

evde-oturmaq-istemeyenlere-hekimlerin-o-formasini-maskasini-geyindirsen
Oxunma sayı: 3619

“Həkimlərimizin çəkdiyi əziyyətin yanında evdə qalıb ailə ilə vaxt keçirmək nədir ki?!”  

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

O bildirib ki, koronavirusa qalib gəlmək üçün vətəndaşlar karantin rejiminə əməl etməlidirlər: “Bu gün evdə oturmaq istəməyən şəxslərə bizim koronavirusla mübarizə aparan tibb işçilərinin geyindiyi formanı, eynəyi, maskanı geyindirsən, heç dayana bilməzlər. 

Bunların qarşısında evdə oturub ailə ilə vaxt keçirmək nədir ki?! Karantin rejimindən psixoloji əziyyət çəkənlərə dəstək üçün də mərkəz yaradılır. Yaxın günlərdə bu barədə ətraflı məlumat veriləcək. Hazırda karantində olanların sayı 3 mindən artıqdır”. 

Murad Əhməd